Qırğzızıstan prezidenti Almazbəy Atambəyevin qırğız qadınlarının geyimi ilə bağlı açıqlamaları ölkədə rezonans doğurub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, paytaxt Bişkəkin küçələrinə qadınları çadra və çarşab kimi örtülü libaslardan çəkindirən elanlar vurulub.
Posterlərdə milli qiyafəli qadınlarla çadralı qadınların şəkilləri yanaşı vurulur və "Haraya gedirsiniz?" deyə milli geyim təşviq olunur. Posterlərin cəmiyyətdə müəyyən tənqidlə qarşılanmasına münasibət bilduirən Qırğızıstan prezidenti deyib: "Bu posterləri küçələrə qoyunca bəziləri onu hədəfə aldı. Qadınlarımız 1950-ci illərdən mini ətək geyindilər. Amma heç vaxt canlı bomba olmağı düşünmədilər".
Geyimin insan düşüncəcini dəyəşə biləcəyini iddia edən Qırğızıstan prezidenti sözünə belə davam edib: "Qırğızıstanı bəyənmirsinizsə, ölkədən ayrılıb istədiyiniz yerə gedə bilərsiz. Suriyaya da yollana bilərsiz".
Mahir