ABŞ-ın ən qocaman diplomatlarından olan və 2008-2010-cu illərdə bu ölkənin Türkiyədə səfiri olan Ceyms Cefrey çevriliş cəhdindəki əlamətlərin Fətullah Gülənə işarə etdiyinə diqqət çəkib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, ABŞ-ın Türkiyəyə olan münasibətindən danışıb: “Ərdoğan Vaşinqtonda sevilmir. O, Avropada da sevilmir. Ərdoğan Amerikada avtoritar kimi tanınır və yaxşı bir aktyor hesab edilmir. Qərb Ərdoğandan da avtoritar liderlərlə ünsiyyətdə olub, olmaqda da davam edir. Ancaq bir fərq var: Səudiyyəlilər, misirlilər, üzr istəyirəm, hər fürsətdə bizə yaltaqlanırlar. Bizimlə müttəfiqlik əlaqələrini düşünərək eyni dəyərləri paylaşırmışıq kimi görünürlər. Ərdoğan isə bizimlə dava edir, aramızdakı ziddiyyətləri üzümüzə vurur, dostumuz olmağa çalışmır”.
Sabiq səfir daha sonra əlavə edib: “Ondan da avtoritar liderlər bizimlə dost görünməkdən çəkinmirlər. Yaxın vaxtlara qədər hətta Putin də belə edirdi. Buna görə də Ərdoğan Vaşinqtonda sevilmir”.
Onun sözlərinə görə, Vaşinqtonda, ümumiyyətlə, türklər sevilmir: “Ümumilikdə Amerika Türkiyə hökumətinə güvənmir. Deməyim odur ki, Vaşinqton belə bir əhval-ruhiyyədə ikən çevriliş təşəbbüsü gündəmə gəldi".
Sevinc
Sevinc