15 Avqust 2016 14:30
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Bülənd Ecevitin həyat yoldaşı Rahşan Ecevit Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən sonra ortaya çıxmış iddialarla bağlı yazılı açıqlama verib.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, açıqlamada deyilir:

"Son zamanlar Bülənd Ecevitlə bağlı ictimaiyyət arasında həqiqətdən uzaq söz-söhbət dolaşır. Bülənd Ecevitin təriqətçiliyə və dövlət daxilində qeyri-qanuni hər cür strukturlaşmaya qarşı olduğu hər kəsə məlum bir həqiqətdir".

Türkiyədə 15 iyul çevriliş cəhdinin FETÖ təşkilatı ilə əlaqələndirilməsindən sonra mediaya Fətullahçı camaatın müxtəlif dövlət rəhbərləri, o cümlədən Bülənd Ecevitlə isti münasibəti haqda məlumatlar çıxıb.

Mahir


Müəllif:

Oxşar xəbərlər