Türkiyədə 15 iyul qiyam cəhdilə bağlı əməliyyatlar davam etdirilir. Teleqraf.com xəbər verir ki, 81 vilayətdə aparılan əməliyyatlar zamanı Fətullah Gülənlə əlaqəsi olan şəxslər müəyyən edilir, evlərində axtarışlar aparılır.
Əməliyyatlar zamanı Gülənə yaxınlığı ilə seçilən, hələlik tam adı açıqlanmayan akademik M.F.P.-nin evində kalaşnikov avtomatı çıxıb. Akademik AKFA Holdinqdə çalışıb. M.F.P həbs edilib.