Türkiyənin Kayseri şəhərində polis FETÖ istintaqıyla əlaqədar olaraq100 nəfər haqqında əməliyyat tədbirlərinə başlayıb.
Teleqraf.com “Sabah”a istinadən bildirir ki, istintaq çərçivəsində haqqında iş açılan şəxslər arasında Ərciyəs Universitetinin müəllimləri və digər vəzifə sahibləri var.
Kayseri, Ankara və Tokatda eyni vaxtda başladılan əməliyyatda haqqında saxlanma qərarı verilən şəxslərin FETÖ təmsilçiləri olduğu barədə daha əvvəl şübhələr olub.
Sevinc