Türkiyənin müdafiə naziri Fikri İşıq PKK terror təşkilatının rəhbərlərinə ünvanlanan açıqlama verib.
Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Fikri İşıq PKK rəhbərliyinin düşünməli olduğunu deyib:
"Türkiyə Cümhuriyyəti 15 iyuldan sonra daha güclüdür. Türkiyə Silahlı Qüvvələri daxilinə sızmış xainlərindən əsasən təmizlənib. PKK-nın ordu daxilindən dəstək almaq çansı qalmayıb. Bundan sonrasını PKK rəhbərləri özləri düşünsünlər".
Mahir