26 İyun 2014 19:21
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pavel Klimkin: “Bunu təsdiqləyən ciddi sübutlara malikik”

Ukraynanın xarici işlər naziri Pavel Klimkin ölkənin sabiq prezidenti Viktor Yanukoviçi separatçıları dəstəkləməkdə və maliyyələşdirməkdə ittiham edib. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, Pavel Klimkin Avstriyanın “Die Presse” qəzetində bu gün dərc edilən müsahibəsində bildirib ki, sabiq dövlət başçısının ölkənin şərqindəki terrorçu qruplaşmaları dəstəkləməsi barədə çoxsaylı ciddi faktlar var.

O, vurğulayıb ki, müvafiq faktlar Ukraynanın hazırkı hökumətinə çoxdan bəllidir: "Çoxsaylı sübutlara malikik ki, terrorçuları məhz keçmiş prezident Yanukoviç dəstəkləyir. Biz, eyni zamanda, bu maliyyə mənbələrini dondurmaq üçün Rusiya tərəfinə təzyiq göstəririk".

Nail Cəlil


Müəllif: