18 Avqust 2016 18:17
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz indi elə bir cəmiyyətdə yaşayırıq ki, heç nəyi gizlətmək mümkün deyil”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Qazaxıstan baş nazirinin müavini Dariqa Nazarbayeva informasiya siyasəti ilə bağlı dövlət komissiyasının iclasında deyib.

Komissiyanın sədri kimi çıxışında Dariqa Nazarbayeva bildirib ki, hər bir dövlət orqanı informasiyanın ötürülməsində yeni metodlar tapmalıdır: "İnformasiyanın yeni formalarla çatdırılmasında və ideoloji-məlumatlandırma sahəsində hər bir dövlət orqanı müasir metodlardan istifadə etməyi bacarmalıdır".

Hazırda internetin, sosial şəbəkələrin rəsmi orqanlardan daha fəal çalışdığını vurğulayan Nazarbayevanın sözlərinə görə, hər kəs internetlə və soial şəbəklərlə işləməyi öyrənməlidir.

1963-cü il doğumlu Qazaxıstan baş nazirinin müavini Dariqa Nazarbayeva prezident Nursultan Nazarbayevin böyük qızıdır.

Mahir


Müəllif:

Oxşar xəbərlər