Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədəki daşınmaz əmlakdan ibarət sərvəti açıqlanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla bildirir ki, 15 iyul çevriliş cəhdindən sonra hökumətin əmlak satışına qoyduğu nəzarət nəticəsində FETÖ-nün ölkədəki əmlak varidatını müəyyənləşdirmək mümkün olub.
Hazırda təşkilatın dəyiri milyardlarla lirəyə tən gələn 62 min 317 daşınmaz əmlakı var. Əməliyyatlar davam etdiyindən bu rəqəmin artacağı ehtimal olunur.
Arasında yataqxana, məktəb, universitet və təşkilata məxsus bina olan 4 min 548 daşınmaz əmlak artıq dövlət hesabına keçirilib.
Mahir