20 Avqust 2016 11:49
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Co Baydenin avqustun 24-də Türkiyəyə səfərindən əvvəl Ankaraya Fətullah Gülənin qaytarılmasını müzakirə edən ayrıca bir heyət gələcək.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, bu barədə "Bloomberg" tele-kanalına Barak Obamaya yaxın adını açıqlamayan bir rəsmi şəxs məlumat verib.

"Obamanın adamları" Gülənin çevriliş cəhdindəki rolunu araşdırcaq. Bu heyətin Ankaraya gəlişinin 1999-cu ildən Pensilvaniyada məskunlaşmış Fətullahın Güləni Türkiyəyə qaytarmaq məsələsində önəmli əhəmiyyət kəsb etdiyi vurğulanır.

Mahir


Müəllif:

Oxşar xəbərlər