20 Avqust 2016 19:55
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı polisi İŞİD üzvü olduğu ehtimal edilən 3 nəfəri həbs edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, onlar bu ölkənin istefada olan briqada generalı Əhməd əl-Əsirinin qətlində təqsirli bilinirlər.

Saxlanılanlardan 2-si Yəmən, 1-i Səudiyyə Ərəbistanı vətəndaşıdır. Onlar generalı İŞİD-in tapşırığı ilə qətlə yetirdiklərini etiraf ediblər. Saxlanılanlardan birinin evində qətldə istifadə edilən silahlar tapılıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər