İsrail ordusu Qəzza zolağının sərhədində yerləşən bəzi obyektlərə zərbə endirib.
Axar.az xəbər verir ki, bunu İsrail ordusunun sözcüsü Aviçay Andrai deyib. Qəzzadakı bəzi obyektlərin tanklarla vurulduğunu deyən Andrai bu zərbələrin günorta saatlarında Qəzzadan İsrailin Siderot şəhərinə raket hücumunun cavabı olduğunu bildirib.
Qəzzadakı fələstinli qruplardan heç biri İsrailin səbəb kimi göstərdiyi raket hücumunun məsuliyyətini üzərinə götürməyib.