Türkiyənin Tunceli bölgəsinin Nazimiyye rayonunda terakt törətməyə cəhd edən PKK-çılar 1 əsgəri şəhid eləyib, 3 polisi isə yaralayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralılar vertolyotla Tunceli Dövlət Xəstəxanasına aparılıb.
Nazimiye rayonuna əlavə silahlı qüvvələr göndərilib. Atışma zamanı bir qadın terrorist öldürülüb. Kobra vertolyotları terrorçuların qaçış bölgələrini atəşə tutublar.
Rayonun giriş-çıxışını nəzarətə götürən hüquq mühafizə orqanları terroru həyata keçirən qruplaşmanın ələ keçirilməsi üçün əməliyyata başlayıb.
Sevinc