27 İyun 2014 10:27
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident vəzifəsindən sui-istifadə edərək səlahiyyətlərini artırmaqda ittiham olunur

Dünya ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Con Bayner prezident Barak Obamanı məhkəməyə verməyə hazırlaşır.

Teleqraf.com bildirir ki, spiker, Obamanın vəzifəsindən sui-istifadə edərək səlahiyyətlərini aşması və ölkədə mövcud olan bir sıra qanunları pozduğunu deyir.

“ABŞ konstitusiyasında açıq-aydın göstərilir ki, prezident ciddi şəkildə qanunları izləməlidir. Mənə gərə, Obama prezidentlik dönəmində qanunları nəinki ciddi şəkildə izləyir, hətta onları pozur”, Con Bayner deyib.

Spikerin sözlərinə görə, ABŞ Konqresinin əsas vəzifələrindən biri ölkə konstitusiyasında qeyd edilənlərə hökumət nümayəndələri tərəfindən ciddi əməl edilməsinə nəzarət etməkdir.


Müəllif: