Türkiyənin təhlükəsizliyini gücləndirmək üçün Suriya ilə sərhəddə 239 km uzunluğunda sədd tikilib.
Türkiyənin Hatay vilayətində tikilən səddin hündürlüyü 3, eni isə 2 metrdir.
Suriya ilə həmsərhəd olan digər vilayətlərdə də yeni sədlərin tikintisi gözlənilir.
Müvafiq qərar terrorizmlə mübarizənin gücləndirilməsi çərçivəsində qəbul olunub. Belə ki, Suriyada terror təşkilatlarının üzvləri mütəmadi olaraq Türkiyə ərazisinə keçməyə cəhd edirlər. (“Trend”)