Son beş ildə ABŞ cinayətdə suçlandırdığı 5 nəfəri Türkiydən istəyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2011-2016-cı illərdə ABŞ Türkiyədən 5 nəfərin ekstradasiyası tələbini irəli sürüb. Türkiyə biri terrorçu olmaqla 2 nəfərlə bağlı tələbi qəbul edib, 3 nəfər ətrafında isə araşdırma davam edir.
Bu dövrdə Türkiyə qarşı tərəfdən 19 nəfərin ekstardasiyasını istəyib, sonradan müxtəlif səbəblərdən 11 nəfərlə bağlı tələbdən vaz keçilib, 2 nəfər Türkiyəyə verilib.
Mahir