Türkiyədə hərbi bazaların iri şəhərlərin hüdudlarından kənara çıxarılması prosesinə başlanıb.
Hazırda İstanbulda dislokasiya olunmuş hərbi bazalar köçürülür.
Hərbi bazaların paytaxt Ankara və İstanbulun hüdudlarından kənara çıxarılması prosesi sentyabrın 15-dək başa çatacaq.
Qeyd edək ki, bundan əvvəl Baş nazir Binali Yıldırım İstanbul və Ankarada hərbi bazaların bağlanması barədə bəyanat vermişdi.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edilmişdi.(“Trend”)