Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxs barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikasında anadan olan, 1968-ci il təvəllüdlü Mahirə Həsənova həbs edilib.
Mahirə Həsənova Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İqdır şəhərinə aparıb və orada insan alverinə məruz qoyub.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov