23 Avqust 2016 10:39
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ölkənin taleyi dünyanı idarə edənlərin əlindədir”

İsrailin “Haaretz” qəzetində dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndəki qarşıdurmalara beynəlxalq aləmin səssiz qalması tənqid edilib.


Teleqraf.com-un verdiyi xəbərə görə, məqalədə ötən ilin mart ayında başlayan qarşıdurmalar nəticəsində 3 milyona yaxın vətəndaşın mühacirə çevrilməsindən söz açılıb. Həmçinin, yüz minlərlə insanın ac-yalavac yaşamasından, ölkədəki uşaqların əksəriyyətinin təhsil almamasından və kütləvi şəkildə xəstəliyə yoluxmalarından bəhs edilib.

Məqalədə bildirilir ki, Suriyadakı müharibədən fərqli olaraq, Yəməndəki müharibənin səbəbi, gələcəyi və humanitar vəziyyətlə bağlı beynəxalq media və qurumlar susur.


Qəzet başda BMT olmaqla bütün beynəlxalq təşkilatların bu duruma göz yummasını kəskin şəkildə tənqid edib: “Beynəlxalq güclər Səudiyyə Ərəbistanında iqtisadi və neft yatırımlarının əldən çıxacağından qorxur və Yəmən müharibəsiylə bağlı bir kəlmə də söz demirlər. Bu ölkədə yaşanan böhranı həll etməyə çalışmırlar. Bir həqiqət var ki, Yəmənin taleyi dünya sistemini idarə edən rəhbərlərin əlindədir”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər