23 Avqust 2016 11:44
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin ən böyük iqtisadi dayağı olan Almaniya, Fransa və İtaliyanın liderləri İngiltərənin birlikdən ayrılmasının nəticələrini müzakirə etmək üçün bir araya gəliblər.

Teleqraf.com “Hürriyyet”ə istinadən bildirir ki, liderlərin gündəmində mühacir problemi də yer alıb. Almaniya kansleri Angela Merkel Türkiyəylə əməkdaşlıq məsələsinə toxunaraq, bunsuz miqrant axınına qarşı mübarizədə ciddi nəticə əldə edə bilməyəcəklərini söyləyib.

İtaliyanın baş naziri Matteo Renzi isə ilin əvvəlindən bəri İtaliyaya dəniz yolu ilə 102 min nəfərin çatdığını bildirib: “Merkel və Ollandla AB üzvləri olaraq mühacirlərin yola çıxmasının qarşısını almaq və həqiqətən də ehtiyacı olanlara kömək etmək üçün daha artığını edə biləcəyimizi düşünürük”.

O, həmçinin, dənizdə ölmək riskini gözə alanları xilas etməyin çətin olduğunu da dilə gətirib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər