Türkiyənin milliyyətcə erməni olan köşə yazarı Etyen Mahçupyan 15 iyul çevriliş cəhdindən yazıb.
Teleqraf.com-un məlumatına görə, köşə yazarı çevrilişin qarşısının alınmasında sekulyar-laiq kəsimin rolunu vurğulayıb.
Çevrilişin baş tutmamasında AKP elektoratının böyük rol oynadığını vurğulayan köşə yazarı buna baxmayaraq qeyd edib ki, laiq kəsim olmasaydı hökumət çökər, vətəndaş müharibəsi başlayardı: "Laiq kəsimin sıradan insanları, mediası və partiyaları müqavimətə qoşulmasaydı, ya ölənlər öldüyü yerdə qalır və iqtidar çökər, ya da vətəndaş müharibəsi başlayar və ölkə Suriyadan betər olardı".
Etyen Mahçupyan 1950-ci ildə İstanbulda katolik erməni ailəsində doğulub. Boğaziçi Universietinin kimya mühəndisliyi və Ankara Universitetinin siyasi bilgilər fakültələrini bitirib.
"Radikal", "Zaman" və "Agos" qəzetlərini köşə yazarı olub. 2014-cü ildən 2015-ci ilə qədər Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun müşaviri vəzifəsində çalışıb.
Mahir