Rusiya, Almaniya və Fransa liderləri 20-lər ölkələrinin sammiti çərçivəsində Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə avqustun 23-də Kreml məlumat yayıb.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francios Hollande avqustun 23-də telefonla Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.
Liderlər 20-lər ölkələrinin sentyabrın 4-5-də Çində keçiriləcək sammiti çərçivəsində görüşmək razılığına gəliblər.