Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Cerablus bölgəsində həyata keçirdiyi əməliyyat davam edir.
Teleqraf.com-un “Milliyyet”ə istinadla verdiyi xəbərə görə, əməliyyat çərçivəsində Azad Suriya Ordusu İŞİD-dən 4 kəndi almağa müvəffəq olub. Sözügedən kəndlər Keklice, Kıvırcık Kerakuyu, Elvaniye və Güğüncükdür.
Həmçinin, İŞİD üzvü olan 46 terrorçu öldürülüb.
Sərhədin Türkiyə tərəfindən isə İŞİD-in iqamətgahları atəşə tutulur. Azad Suriya Ordusunun Cerablusun mərkəzinə doğru irəliləcəyi gözlənilir.
Sevinc