Suriyda PKK-nın hərbi qanadı olan YPG tutduqları əraziləri boşaldırlar. Teleqraf.com xəbər verir ki, YPG Fırat çayının Qərbindən geri çəkilməyə başlayıblar.
Hərbi birləşmənin sözçüsü Redur Xəlil bildirib ki, Demokratik Suriya Güclərinin istəyilə geri çəkilirlər.
Xəlil "Amerikanın dəstəklədiyi Demokratik Suriya Güclərinin istəyilə geri Fırat çayının Qərbindən geri çəkilirik" bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün səhər keçirdiyi mətbuat konfransında YPG-nin Fırat çayının Qərbindən geri çəkilməsilə bağlı ABŞ-dan təminat aldıqlarını deyib.