Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyənin Suriya ilə sərhəddəki Cerablus yaşayış massivində apardığı hərbi əməliyyatlarla bağlı açıqlama yayıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Rusiya XİN əməliyyatlardan narahatlığını ifadə edib:
"Türkiyə Suriya sərhədində baş verənlərdən dərin narahatlıq keçiririk. Baş verənlər döyüş bölgəsindəki durumu daha da idarəolunmaz hala gətirəcəyindən narahatıq. Mülki insanlar arasında itkilər ola bilər. Kürdlərlə ərəblər arasında etnik qarşıdurma güclənə bilər. Suriyadakı böhran yalnız beynəlxalq hüquq müstəvisində və kürdlər də daxil olmaqla digər tərəflər arasında geniş miqyaslı dialoq qurulması yolu ilə çözülə biləcəyindən əminik".