25 Avqust 2016 00:34
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin köməkçisi Co Baydan Türkiyə səfəri zamanı Fətullah Gülənin bu ölkəyə təhvil verilməsi ilə bağlı maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Bayden ABŞ-ın terrorçu ilə yaxınlıq etməsi üçün heç bir səbəbin olmadığını deyib:

"Hazırda vacib matrealların toplanması ilə məşğuluq. Məhkəmədə sübuta yetirilə biləcək və şübhələri təsdiqlədəcək sənədlərin olması lazımdır. Biz hər cür matrealı araşdırmağa hazırıq. Türk xalqına demək istəyirəm ki, bizim bir terrorçunu müdafiə etməkdə nə marağımız ola bilər ki?.. Bunu nədən etməliyik? Bu məntiqə sığmır. 15 iyun qiyamından sonra Türkiyəyə gec səfər etdiyim üçün üzr istəyirəm. ABŞ xalqı sizin yanınızdadır. Barak Obama o gecə Ərdoğana zəng edən ilk liderlərdəndir. Üzr istəyirəm. Kaş ki, bura daha tez gələydim. Biz türk xalqının cəsarətinə heyranıq. Dəstəyimiz mütləqdir və heç bir halda sarsılmaz. Qəlbim sadəcə türk hökumətinin deyil, türk xalqının yanındadır".

Bayden qeyd edib ki, qırıcıların otelə saldırması ağlasığmazdır: "Belə bir durumun, ABŞ prezidentinin ailəsilə qaldığı otelin ölkə helikopterləri tərəfindən bombalanmasını təsəvvür belə edə bilmirəm".


Müəllif:

Oxşar xəbərlər