Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin gəmisi Rusiyanın Həştərxan limanına səfər edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan gəmisi Həştərxanda Rusiya Sərhəd Xidmətinin sahil mühafizə gəmilərinin iştirakı ilə keçirilən təlimə qatılıb.
Səfər çərçivəsində bir sıra mədəni tədbirlər, o cümlədən Həştərxan şəhərinin görməli yerləri ilə tanışlıq səfərləri nəzərdə tutulur.
DSX rəisinin müavini general-leytenant Fərhad Tağı-Zadə “Azeri Defence” jurnalına müsahibəsində səfərin təlimdə iştirak məqsədi daşıdığını və artıq bir neçə ildir belə qarşılıqlı səfərlərin gerçəkləşdirildiyini bildirib. Bundan əvvəl isə Rusiya Sərhəd Mühafizəsinin gəmisi Bakıda olub və birgə təlimdə iştirak edib.