247 nəfərin ölümünə səbəb olan zəlzələdən sonra İtaliyada matəm elan olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar bütün dövlət qurumlarında bayraqlar yarıya qədər endirilib.
Məlumatlara görə, episentri yerin 10 kilometr dərinliyində olan və 20 saniyə davam edən güclü təkanlar paytaxt Romada da hiss edilib.
Fəlakət bölgəsində xilasetmə işləri davam edir.
Dağıntılar altında çox sayda insan var.
Samir