Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun avtomobil karvanı atəşə tutulub.
Teleqraf.com-un xəbərinə görə, Artvinin Şavşat rayonunda baş verən hadisə ilə bağlı ilkin versiya irəli sürülüb. İddialara görə, hücum PKK terrorçuları tərəfindən törədilib. Hadisədən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kılıçdaroğlu ilə telefon əlaqəsi saxlayıb.
Daxili işlər naziri Efkan Ala verdiyi açıqlamada hadisə zamanı 1 təhlükəsizlik işçisinin şəhid olduğunu, 2-sinin isə yaralandığını bildirib: "İnsidentdən sonra bölgədə PKK terrorçularına qarşı əməliyyat başlanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Hücum Kılıçdaroğluna və onun karvanına yönəlik olub. Hadisə zamanı CHP lideri heç bir xəsarət almayıb".
Olaydan sonra açıqlama verən Kılıçdaroğlu vəziyyətinin yaxşı olduğunu deyib: "Özümü yaxşı hiss edirəm. Əsgərlərin köməyi ilə təhlükəsiz yerə gətirildik. Güman edirəm ki, təhlükəsizlik qüvvələri arasında itki olmayacaq".
15.32
Türkiyənin şimal-şərq bölgəsinə səfər edən CHP lideri Kamal Kılıcadroğlunun maşın karvanı Artfində atəşə tutulub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə CHP liderinin də olduğu maşın karvanı Artvin əyalətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən Yanıklı kəndi yaxınlığında baş verib.
Kılıcdaroğlunun mühafizəçiləri atəşə qarşılıqlı cavab verib, təhlükəsizlik qüvvələri atəş açan naməlum şəxslərin tutulması istiqamətində əməliyyata başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Artvin valisinə zəng edib, hadisə haqda məlumat alıb.
CHP liderinin sağ-salamat olduğu, mühafizəçilərin ziyan görmədiyi bildirilir.
Mahir