Fransada qadınların hicabla çimərliyə getməsinə qoyulan qadağa Avropada birmənalı qarşılanmayıb. Teleqraf.com xəbər verir ki, Fransanın təhsil naziri Najat Vallaud-Belkacem "Europe 1" radiosuna açıqlamasında bildirib ki, qadağa irkçi çıxışlara rəvac verir və tamamilə siyasi uydurma xarakteri daşıyır.
Baş nazir Manuel Valls isə qadağanı dəstəkləyib və bildirib ki, qadağa ictimai nizam-intizam xarakteri daşıyır.
Londonun Pakistan əsilli bələdiyyə başqanı Sadık Xan qadağanı tənqid edib: "Qadınlara nəyi geyinib-neyi geyinməmək mövzusunda göstəriş verməyə ehtiyac yoxdur. Məncə bu qadağa doğru deyil. Bizim möhtəşəm olduğumuzu söyləmirəm, amma Londonun ən üstün cəhətlərindən biri burada insanınların fərqliyiliyi sadəcə xoşgörünmək üçün deyil, onlara sayqı göstərmək üçün dəstəkləməsidir. Biz fərqli insanları dəstəkləyirik".
Bu gün Fransanın Londondakı səfirliyinin önündə bir qrup insan "Ürəyin necə istəyir, elə də geyin" şüarı ilə aksiya keçirilib.
Qeyd edək ki, Fransada bir neçə bələdiyyə çimərliklərdə hicabla dincəlməyi "Vətəndaşların narahatlığına səbəb olma" əsası ilə qadağan edib.
Fransanın Nice şəhərindəki çimərlikdə polisin hicablı qadınları zorla soyundurması müsəlmanlar arasında narazılıq yaradıb.