İtaliyanın mərkəzi hissəsində baş verən 6,2 bal gücündə zəlzələdən sonra bölgədə fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İtaliyanın baş naziri Matteo Renzi məlumat verib. Onun sözlərinə görə, dəymiş ziyanın aradan qaldırılması üçün 50 milyon avro ayrılacaq. Renzi əlavə edib ki, zəlzələdən əziyyət çəkənlərdən müəyyən müddətə qədər vergi alınmayacaq.
Bu arada, İtaliyada zəlzələ qurbanlarının sayı 267-ə çatıb. Məlumatlara görə, hadisə zamanı 400 nəfər xəsarət alıb. Hazırda hadisə yerində 5 min xilasedici işləyir.
Samir