26 Avqust 2016 15:05
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə iyulun 15-də dövlət çevilişinə cəhd zamanı Fətullahçı Terror Təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olan gizir Ömər Halisdemirin heykəli ucaldılıb.

Abidə Mersin əyalətinin Toroslar rayonundakı Şəhidlər parkında qoyulub.

Heykəl müxalif Milliyyətçi Hərəkat Partiyasından olan Toroslar rayon bələdiyyəsinin sədri Hamit Tunanın təlimatı əsasında hazırlanıb.

İnformasiyaya görə, 13 günə tamamlanan heykəlin postamentlə birlikdə hündürlüyü 2,8 metr, abidənin öz hündürlüyü 1,8 metr, bütövlükdə kompleksin hündürlüyü 4,6 metrdir.

Abidənin açılışı avqustun 30-da olacaq.

Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin giziri Ömər Halisdemir iyulun 15-də dövlət çevirilinşə cəhd edənlərdən birini, general-polkovnik Semih Terziyi öldürüb. Bundan sonra o, dövlət çevrilişinə cəhd edən FETÖ-çülər tərəfindən qətlə yetirilib. ("Report")


Müəllif:

Oxşar xəbərlər