"Suriya danışıqlarında Rusiya və ABŞ arasında əməkdaşlıqla bağlı heç bir razılıq əldə edilməyib".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşünün nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi məsələlərdə vacib qərarlar verilib: "Ancaq fikir ayrılıqları qalmaqdadır".
Ağ Evin mətbuat katibi Coş Ernest də məsələyə münasibət bildirib. O deyib ki, ABŞ Rusiyadan Suriya danışıqlarında heç bir güzəşt tələb etmir: "ABŞ çalışır ki, Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin".
Samir