27 İyun 2014 14:44
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikalı ana 4 yaşlı oğlunu "tərbiyə" etmək üçün uşağı pəncərənin dəmir çərçivəsinə bağlayaraq "çarmıxa çəkib".

Uşağın əlləri və ayaqları dəmir çərçivəyə dəsmallarla bağlanmışdı.

Teleqraf.com Milli.Az istinadən bildirir ki, olay Meksikanın cənub-şərqindəki Verakrus şəhərinin Halapa-Enrikes şəhərində baş verib.
Qonşular pəncərənin dəmir çərçivəsində "çarmıxa çəkilmiş" uşağı görəndə polisə xəbər veriblər.

Uşağın anası və atası həbs olunublar.

Qonşulardan biri, 55 yaşlı Marisa Gerrero uşağın fotolarını internetdə yayıb.

"Bu mənzərəni görmək çox ağrılı idi. Uşağı çərçivəyə bağlamış bu qəddar ana mütləq cəzalandırılmalıdır. Ana oğlunun əl-ayağını çərçivəyə bağlayanda uşağın atası sakitcə durub baxırdı", - M.Gerrero polisə verdiyi ifadəsində bildirib.


Ötən ayın əvvəlində Meksikada bir nənə nəvəsinin əl-ayağını skotçla bağlamış, sonra da uşağın fotolarını sosial şəbəkədə yaymışdı. "Bu yaramaz məni çox hirsləndirir" yazmış Olqa Lidiya Zavala Arias həbs olunmuşdu.


Müəllif: