27 İyun 2014 14:56
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində separatçılar tərəfindən qaçırılan ATƏT müşahidəçisi Mehmet Kılıç sərbəst buraxılıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Xarici İşlər naziri Əhməd Davudoğlu Ukraynada separatçıları tərəfindən 32 gün gorov saxlanılan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçisi Mehmet Qılıncın sərbəst buraxıldığını bildirib.

Davudoğlu Twitterdəki rəsmi hesabında Qılıncın ciddi cəhdlər nəticəsində sərbəst buraxıldığını yazıb: "Onunla az əvvəl telefonda danışdım. Onu gözləyən həyat yoldaşı Zəhra xanım ilə də danışaraq gözəl xəbəri çatdırdım".

Fidan


Müəllif: