İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən diplomatlarından biri həbs edilib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran məhkəmə sisteminin rəhbərinin müavini Qulam Hüsseyn Möhsin-Ecei açıqlayıb.
Həmin şəxs casusluqda şübhəli sayılır. Bir neçə gün həbsdə qalan diplomat daha sonra girov müqabilində azad edilib. Ancaq adı və soyadı diplomatla bağlı araşdırmalar hələ davam edir.