29 Avqust 2016 01:12
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Devlis adlı gənclik qrupu var. Yəni Litseyli İnqilabçılar. Çe Gevaranın köynəyini geyibilər. Çe 39 yaşında öldürülən, özü də qətllər həyata keçirən bir qatildir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman Rizə şəhərində keçirilən toplantıda çıxışı zamanı deyib.

Qəhrəman bildirib ki, türk tarixi gənclərə sevdirilməlidir.

“Boliviya, Kuba, Cənubi Amerikada fəaliyyət göstərən bir quldur mənim litseyli gəncimin yaxasında olmamalıdır. Mənimlə əlaqəsi yoxdur. Köküm, tarixim deyil. Mənim öz tarixim və insanlarım var. Onlarla fəxr edəcəyəm. Qəribədir, İstanbulun fəthini dünya tanıyacaq, amma Türkiyə tanımayacaq”, - Qəhrəman bildirib.


Müəllif:

Oxşar xəbərlər