Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 34 liviyalı əsgər həlak olub.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, daha 180 hərbçi yaralanıb.
Liviya ordusu avqustun 28-də İŞİD-in Sirtdəki mövqelərinə irimiqyaslı hücuma keçib. Silahlılara qarşı əməliyyat iyunun əvvəlində başlayıb. Məlumata görə, şəhərin əksər əraziləri terrorçulardan təmizlənib.