Rusiya və Türkiyə arasında çarter reysləri bərpa edilib.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiyanın baş naziri Dmirti Medvedev Türkiyəyə uçuşların bərpa edilməsi ilə bağlı sənədi imzalayıb.
Rusiya Turizm Operatorları Assosiasiyası Türkiyəyə ilk reysin vaxtını açıqlayıb: “İlk reys sentyabrın 2-də Antalya şəhərinə olacaq”.
Qeyd edək ki, ötən il noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının Türkiyə F-16-ları tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi.
Samir