Qazaxıstan sələfiliyi qadağan etməyə hazırlaşır.
Teleqraf.com-un qazax mediasına istinadla verdiyi xəbərə görə, ölkənin milli təhlükısizlik naziri Vladimir Jumakanov bu bəyanatla çıxış edib.
Vladimir Jumakanov 2011-ci ildən Qazaxıstanda baş vermiş terror aktlarının birbaşa və dolayısıyla sələfi (vəhhabi) əqidəsinə bağlı dini radikallarla əlaqələli olduğunu deyib: "Hazırda terror əleyhinə əlavə tədbirlər hazırlanır. Mən hökümətin iclasında terrora qarşı operativ qərargah yaradılması təklifi ilə çıxış etdim".
Nazir bildirib ki, sələfiliyin qadağan olunması təklifinə tərəfdar olan da, əleyhinə çıxan da var, çünki ideologiyaları yasaqlamaq asan deyil.
Mahir