30 Avqust 2016 08:54
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 4-də Çinin paytaxtı Pekində keçiriləcək "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində görüşəcəklər.

Teleqraf.com Anadolu Agentliyinə istinadla bildirir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods məlumat verib.

Tərəflər hərbi çevrilişə cəhddən sonra Türkiyədəki vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranını və digər məsələləri müzakirə edəcəklər.


Müəllif:

Oxşar xəbərlər