30 Avqust 2016 16:02
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada əməliyyat keçirməsinə rəsmi Paris də münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Fransa prezidenti Fransua Olland açıqlama verib.

Onun sözlərinə görə, Türkiyənin Suriyanın şimalında başladığı və Azad Suriya Ordusu qüvvələri tərəfindən dəstəklənən əməliyyatlar "ziddiyət" doğurur: "Suriyaya edilən hərbi müdaxilə ölkədə müharibəni qızışdıra bilər".

Olland Suriya böhranının həlli üçün Rusiya ilə əməkdaşlığın vacibliyini bildirib. O əlavə edib ki, bununla əlaqədar Rusiya prezidenti Vladimir Putini oktyabr ayında ölkəsinə dəvət edəcək.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Barak Obamanın İŞİD terror təşkilatı ilə mübarizə məsələləri üzrə nümayəndəsi Bret Makqruk YPG ilə Türkiyə ordusu arasındakı toqquşmaların dərhal dayandırmalı olduğunu bildirmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər