Türkiyənin Fətullah Gülənə bağlı məhkəmə hakimi Yunanıstana qaçaraq ordan siyasi sığınacaq istəyib.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın Təhlükəsizlik Xidmətinin yaydığı xəbərə görə, 50 yaşlı hakim səhər saat 6:00-da altı suriyalı immiqrantı daşıyan qayıqla adanın Aya Eleni sahilinə gedib.
Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları hakimi mərkəzi ofisə gətiriblər. Yunanıstanın səlahiyyətli şəxsləri onu ölkəyə qeyri-qanuni daxil olmaq ittihamı ilə prokurorluğa aparıblar.
Hakim sığınma tələbi istədiyi üçün paytaxt Afinaya gətiriləcək.
FETÖ-nün dövlət çevrilişinə cəhdindən sonra 2-si hərbçi olmaqla 8 nəfər Yunanıstana qaçıb.