Son günlər İranın Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki Amerika gəmilərinə qarşı təxribatların sayını artırıb.
“Report” RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nın Yaxın Şərq Komandanlığının rəhbəri general Cozef Votel bildirib.
"Bu, bizi çox narahat edir və biz ümidvarıq ki, İran Hərbi Dəniz Qüvvələri daha peşəkar şəkildə davranacaq", - C.Votel brifinqdəki çıxışında deyib.
O, eyni zamanda, Amerika Hərbi Dəniz Qüvvələrinin bu şəraitdə peşəkar hərəkətlərini xüsusi vurğulayıb.