31 Avqust 2016 13:59
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Özbəkistanın baş naziri Şövkət Mirziyayev və parlamentin nümayəndə heyəti Müstəqillik günü münasibəti ilə Azadlıq və humanizm meydanında ucaldılmış "Müstəqillik" abidəsini ziyarət ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əvvəllər "Müstəqillik" abidəsini prezident İslam Kərimovun başçılğı ilə hökümət üzvləri ziyarət edərdi.

78 yaşlı İslam Kərimov avqustun 28-də xəstəxanaya yerləşdirilib. Onun səhhəti ilə bağlı ziddiyyətli xəbərlər yayılır. İslam Kərimovu əvəz edəcək siyasi fiqurlar arasında baş nazir Şövkət Mirziyayevin də adı çəkilir.

Özbəkistan konstitusiyasının 96-cı maddəsinə görə, prezident öz vəzifəsini icara etmək qabiliyyətini itirərsə, onun səlahiyyətləri müvəqqəti olaraq Özbəkistan Ali Məclisinin sədrinə verilir. Hazırda bu vəzifəni Niqmatulla Yoldaşov tutur.

Sentyabrın 1-i Özbəkistanda Müstəqilik günüdür.

Mahir


Müəllif:

Oxşar xəbərlər