31 Avqust 2016 22:00
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi İŞİD terror təşkilatına aid olduğu iddia edilən qanunsuz məktəb aşkar edib.

Teleqraf.com Milliyət" qəzetinə istinadən xəbər verir ki, məktəbdə 9-17 yaş arasında 30 məktəbli təhsil alıb. Şagirdlər məktəbə sosial şəbəkə vasitəsi ilə cəlb edilirmiş.

Binada yaşayan "məktəblilər" bir-birlərinə öz adları ilə yox, dini şəxsiyyətlərin adları ilə müraciət edirmiş.

Araşdırmalar zamanı məlum olub ki, həmin məktəbdə çalışanlar iz azdırmaq üçün saqqallarını qırxaraq, xırda-xuruş alverlə məşğul olmağa başlayıb, bununla da gündəlik xərclərini çıxarıblar.

Xatırladaq ki, ötən aylarda Türkiyə polisi İŞİD-ə bağlı 17 nəfəri həbs etmişdi.

Sevinc


Müəllif:

Oxşar xəbərlər