Çirkli pulların yuyulması, bank saxtakarlığı və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq iddialarıyla Nyu-Yorkda həbs edilən iş adamı Rza Zərrabın 6 sentyabra təyin edilən məhkəməsi təxirə salınıb.
Teleqraf.com-un “CNN Türk”ə istinadla verdiyi xəbərə görə, Rza Zərrab məhkəməyə təqdim etdiyi ərizədə işə baxan hakimin dəyişdirilməsini tələb edib.
Nyu-York məhkəməsi məhkumun ərizəsinə 14 sentyabra qədər cavab veriləcəyini açılayıb. Prosesin getdiyi bir vaxtda isə məhkəmənin təxirə salındığı açıqlanıb.
Sevinc