1 Sentyabr 2016 14:38
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə böhranından sonra münasibətləri qaydaya salan Rusiya və Türkiyə arasında daha bir qadağa aradan götürülüb.

Teleqraf.com-un “CNN Türk”ə istinadla verdiyi xəbərə görə, Rusiya Türkiyədə təhsil alan tələbələrə qoyduğu qadağanı ləğv edib.

Bu barədə Rusiya Təhsil və Elm Nazirliyinin şöbə müdiri Nikolay Toyvonen açıqlama verib: “Qısa müddətə tələbələrimizin Türkiyəyə getməsinə icazə vermədik. Çünki onların təhlükəsizliyindən əmin deyildik. Artıq çarter reysləri açılıb. Buna görə də heç bir məhdudiyyət yoxdur. Ancaq bildiyiniz kimi, Türkiyədə müxtəlif hadisələr baş verir. Buna görə də biz ilk növbədə gənclərimizin təhlükəsizliyini düşünməliyik”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər