1 Sentyabr 2016 16:01
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin daxili işlər vəzifəsindən istefa verən Əfqan Ala postunu bu gün Süleyman Soyluya təhvil verib. Soylunu nazirlikdə əsgərlər, polislər və qurum əməkdaşları qarşılayıb.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, təhvil-təslim mərasimində danışan sabiq nazir Əfqan Ala prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib və Soyluya uğurlar diləyib.

Yeni nazir Süleyman Soylu isə çıxışında terrorla mübarizə məsələsinə diqqət çəkib: “Biz bu ölkəni qoruyarkən şəhid olanlar kimi bu vətənin keşikçiləriyik. Bu gün bir vəzifədə ola bilərik, sabah başqa. Əsas odur ki, millətin qarşısında utanmayaq.

Bu imtahanda terror təşkilatlarıyla mübarizə də var. Bir tərəfdən PKK, bir tərəfdən DEAŞ-la mübarizə Türkiyənin inkişaf, demokratiya xəritəsinin ən önəmli mübarizəsi olaraq tariximizdə yerini alacaq. Buna hər kəs əmin olsun”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər