1 Sentyabr 2016 20:15
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binali Yıldırım Avropa Parlamentinin başqanı Martin Şultsu qəbul edib.

Teleqraf.com xəbər verir ki, 15 iyul hadisələrindən sonra Şultsun ilk dəfə Türkiyəyə gəldiyini deyən baş nazir hərbi çevriliş zamanı Avropa Birliyinin lazımi münasibət sərgilmədiyini deyib.

Yıldırım Avropa Parlamenti deputatlarının baş verənlərin əsl mahiyyətini gec başa düşdüklərini iddia edib: “Bir müddət keçdikdən sonra ölkəmizə gələn dostlarımız qarşılaşdıqları dağıntılardan hadisənin miqyasını, qorxuncluğunu görüblər”.

Binali Yıldırım terror təşkilatları ilə mübarizə məsələsində anlaşılmazlıq olduğunu, Türkiyənin bu məsələdə güzəştə gedə bilməyəcəyini vurğulayıb: “Ölkəmiz PKK, İŞİD kimi terror təşkilatları ilə mübarizə aparır. Bu, tək Türkiyənin yox, həm də Avropanın güvənliyi üçün vacibdir. Belə bir məqamda hansısa yumşaqlıq göstərmək problemin həllindən çox həmin təşkilatların qol-qanad açmasına gətirib çıxara bilər”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər